"Böyük zəfərin başlanğıcı" onlayn rəsm müsabiqəsi

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Böyük zəfərin  başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsinə start verilib. Onu da qeyd edək ki, “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında onlayn qaydada keçirilir.

Keçirilən müsabiqəyə məktəbin gözəl rəsm çəkmək qabiliyyəti olan, müxtəlif siniflər üzrə təhsil alan istedadlı şagirdləri cəlb olunmuşdu. Tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyevanın və təsviri incəsənət müəllimi İ.Ədilovanın virtual rəhbərliyi ilə təqdim olunan rəsm nümunələri müsabiqə iştirakçılarının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası və ustalığı ilə seçilirdi.

 Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, aprel döyüşlərində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə onların bədii-estetik zövqünü formalaşdırmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi