"YARAT" Müasir İncəsənət Mərkəzinə ekskursiya

   Məktəbimizdə şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi olaraq müxtəlif növ  ekskursiyalar təşkil olunur. Onu da qeyd edək ki, ekskursiyalar arasında tarixi və ədəbi ekskursiya növü xüsusi yer tutur. Bu növ ekskursiya incəsənət sərgilərinə, sənət qalereyalarına, kitab evlərinə, arxivə, ədəbi-tarixi muzeylərə təşkil edilir.

    Bu gün məktəbdə fəaliyyət göstərən RUGİM-in əməkdaşı B.Məcidovanın rəhbərliyi ilə “Gənc turist” dərnəyinin 4c sinif şagirdlərinin iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinə tarixi və ədəbi ekskursiya təşkil edildi. Mərkəzdə nümayiş olunan Qafqaz, Mərkəzi Asiya və qonşu ölkələrdən olan rəssamların əsərləri şagirdlərdə böyük maraq doğurdu.

    Qeyd edək ki, kolleksiyanın xüsusilə " Tarix yazılarkən" adlı ilk sərgisində tarixən Azərbaycanın coğrafi-mədəniyyəti ilə bağlı müxtəlif sahənin nümayəndələrinin səmərəli əsərləri bir araya gətirilmişdir.Burda nümayiş olunan əsərlərdə bəzi rəssamlar qədim adət-ənənələrin simvolizminə istinad edir, bəziləri gündəlik həyatın keçici anlarında nostalji hislər tapır, bəziləri mövcud izahatların doğruluğundan şübhələnir, digərləri isə daha yaxşı gələcək üçün kvazi-utopik nikbinliyi layihələndirir. Buna baxmayaraq, bu Müasir İncəsənət Mərkəzində göstərilən bütün əsərlər bu gün canlı olmağın və sabahın yeni tarixlərini addım-addım qurmağın nə demək olduğu haqqında araşdırmalardır. 

    Şagirdlər ekskursiyadan xoş təəssüratla qayıtdılar.

 

 

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi