İnsan alverinə qarşı mübarizə

            Insan alver dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi və s.məsələlər nəzərdə tutulur.

          Bu gün məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “İnsan alverinə qarşı mübarizə” fəaliyyətini tənzimləyən qanunvericiliklə nəzərdə tutulan aidiyyəti tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq təlimatına uyğun olaraq məktəbin IX sinif şagirdlərinin iştirakı və tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyeva və UBR-i Turanə İbrahomovanın rəhbərliyi ilə insan alveri, onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə bağlı  “İnsan alverinə yox deyək” adlı maarifləndirici söhbət aparıldı. Tədbirdə çıxış edən direktor müavini K.Mirzəliyeva insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər barədə şagirdləri məlumatlandırdı. Görüşdə şagirdlərin insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri, həmçinin , insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiəsi və onlara köməklik göstərilməsi barədə məlumat verildi.


 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi