XALQIMIN MÜBARİZİ

         

           Bəlkə də borcundan çıxmadım Vətən

           Ömür bahar deyil, bir də qayıtsın.

           Öləndə qoynunda qoy ölüm ki mən

           Çürüyüm bir ovuc torpağın artsın....

 

          İnsan adı ilə doğular, adı ilə yaşayar, adı ilə ölərmiş.Mübariz də mübariz yaşayan, mübariz kimi də dünyadan köçən oğullardan idi.O, Vətən sevgisini hər şeydən üstün tutdu, anadan da, atadan da, qardaşdan da, hətta öz həyatından da..Onu yalnız Vətən qeyrəti düşündürürdü.Düşündüyü, getdiyi yol isə onu qəhrəmanlığa apardı.O qəhrəmanlığa ki, minlərlə şagirdə, tələbəyə, gəncə, yaşlıya nümunə olacaqdı... 

         Bu gün məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Abbasovanın rəhbərliyi ilə Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə öz adını qızıl hərflərlə yazan Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Xalqımızın Mübarizi" adlı anım tədbiri keçirildi. Tədbir 5c sinif şagirdlərinin təqdimatında hazırlanmışdır. Anım tədbiri bütün türk dünyasının dilində dastan olan bu qəhrəmanlıq salnaməsini dolğun əks etdirən videoçarxın nümayişi ilə başladı. Görüşdə Mübariz İbrahimova həsr olunmuş şeirlər söyləndi, onun yazdığı son məktub səsləndirildi. Şagirdlərin gözü ilə Mübarizin qəhrəmanlığı səciyyələndirildi, onların qəhrəman haqqında düşüncələri ürək formalı vərəqlərdə yazılaraq lövhəyə vuruldu.Tədbir Mübariz İbrahimova həsr olunmuş mahnının səslənməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi