Pedaqoji Şura keçirildi

         05.02.2019-cu il tarixində məktəbdə 2019-2020-ci tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəb direktoru Q.Sultanova 2019-2020-ci tədris ilinin I yarımilində görülən işlər, yarımilin yekunları və qarşıda duran məsələlər barədə danışdı. İclasda daha sonra məktəbin direktor müavinləri, dərs hissə müdiri, sinif və metodbirləşmə rəhbərlərinin hesabatları dinlənildi və müzakirə olundu.

          Görüşdə təlim-tərbiyə işləri üzrə direktor müavini Mirvari Fərəcova KSQ və BSQ-nin keçirilməsi, I yarımilin nəticələri və proqram materiallarının yerinə yetirilməsi vəziyyəti barədə danışdı. İclas məktəbin tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyevanın “Şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi” mövzusunda çıxışı ilə davam etdi. Məruzədə şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edən yollar və vasitələrindən bəhs edildi, BŞTİ-nin F-436 nömrəli 21.11.2019-cu il tarixli əmrinə əsasən keçirilən “Kiçik tədqiqatçılıq” müsabiqəsində bir qrup ibtidai sinif şagirdlərinin fəal iştirakından və “Fəxri fərmana” layiq görülməsindən danışıldı, BŞTİ-nin müvafiq təlimatana uyğun olaraq keçirilən “Gəlin tanış olaq!” müsabiqəsi üzrə məktəbimizin IX sinif şagirdi Ömər Abdullayevin ümumtəhsil məktəbləri arasında I yerə layiq görülməsi məktəbin uğuru kimi dəyərləndirildi.

           Psixoloq Səbinə Orucova risk qrupuna daxil olan uşaqlarla aparılan işlərdən danışdı.

           İclasda şura üzvləri ilə birgə digər cari məsələlər barədə fikir mübadiləsi aparıldı, kollegial qərarlar qəbul edildi.Görüşdə həmçinin, Təhsil Nazirliyinin və BŞTİ – nin göndərdiyi müvafiq sənədlər haqqında pedaqoji heyət məlumatlandırıldı.

      

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi