Tətil ekskursiyaları

      Qeyd edək ki,qış tətili günlərində məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında məlumatları çatdırmaq məqsədilə müxtəlif növ ekskursiya və gəzintilər təşkil olundu.

      Belə ki, tətil günlərində məktəbin tarix müəllimi M.Əsgərova və Azərbaycan dili və ədəbiyyat müəllimi Ş.Abbasovanın rəhbərliyi ilə 7a və 5c sinif şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında oldular. 7sinif şagirdləri teatrda böyük dramaturq M.F.Axundovun - "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah-caduküni məşhur" komediyasının motivləri əsasında səhnələşdirilmiş "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşasını maraqla izlədilər. Qeyd edək ki, komediya həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasir olmaqla yanaşı, öz əhəmiyyətini və aktuallığını indi də saxlamaqdadır. Tamaşadakı milli kolorit, aktyorların peşəkar ifası və musiqi tərtibatı şagirdlər tərəfindən böyük alqışla qarşılandı.

     Məktəbin 5c sinif şagirdləri isə Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində, İsveç yazıçısı Astrid Lindgrenin əsəri -“Uzuncorab Peppi”  tamaşasına baxdılar.Böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə şagirdlərdə böyük maraq doğurdu.

     Tətil günlərində məktəbin rus dili müəllimi S.Qulubəyovanın təşkilatçılığı ilə 6a sinif şagirləri “Şəhidlər xiyabanı”nı ziyarət etdilər.Şagirdlər xiyabanda uyuyan şəhidlərimizin məzarına qərənfil dəstələri düzdülər.

     Tətili başa vurub məktəb həyatına dönən bütün şagirdlərimizə II yarımildə zehin açıqlığı və uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi