Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır

Bu gün məktəbin akt zalında Qərb Universitetinin əməkdaşlarınln yuxarı sinif şagirdləri ilə görüşü təşkil olundu. “Düzgün ixtisas seçimi uğurlu gələcəyin təminatıdır” başlığı altında keçirilən tədbirdə şagirdlərin gələcəkdə düzgün ixtisas seçimi istiqamətində söhbətlər aparıldı.Görüşdə buraxılış siniflərində təhsiı alan şagirdlərin düzgün ixtisas seçimində istiqamətləndirmə üçün istifadə edilən uğurlu “alət”lər, ölkəmizdə və xaricdə bu sahədəki praktika müzakirə olundu, ekspertlər öz tövsiyələrini verdi.
Bu cür layihələrin təşkil olunmasında məqsəd yeniyetmə və gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqamətində baza biliklərinə yiyələnməsinə nail olmaq üçün effektiv yerli və xarici təcrübələrin tətbiqi edilməsidir.