Mükafatlandırma tədbirində iştirak

Xatırladaq ki, ötən həftə Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda rayon ümumtəhsil məktəbləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Həmin müsabiqədə bizim məktəbi VI sinif şagirdləri Ağayeva Nərgiz və Əlizadə Hüsniyyə təmsil edərək, müsabiqənin rayon mərhələsi üzrə II və III yerləri tutmuşlar. Elə bu səbəbdən də iştirakçılar məktəbin UBR-i T.İbrahimovanın rəhbərliyi ilə 17.01.2020-ci il tarixində Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatşılığı ilə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş mərasimlə bağlı keçirilən konfransda təşkil olunmuş mükafatlandırma mərasimində iştirak etmişlər. Şagirdlərə müsabiqə təşkilatçıları tərəfindən “Tərifnamə” təqdim olunmuşdur.
Qeyd edək ki, tədbirin təşkil olunmasında məqsəd 20 yanvar facisəninin 30-cu ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.