"Şəhidlər ölmür "-ədəbi-bədii kompozisiya

Məktəbdə həftə ərzində “20 yanvar Ümumxalq Hüzn Günü” nün XXX ildönümünə həsr edilmiş silsilə tədbirlər- müxtəlif siniflər üzrə inşa yazı və rəsm müsabiqəsi, sinif təşkilat saatları və “Dəyirmi masa”lar təşkil olundu. 17.01.2020-ci il tarixində bu tədbirlərin yekunu olaraq məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat müəllimi Ş.Abbasovanın rəhbərliyi ilə 5c sinif şagirdlərinin tədimatında “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.Tədbirdə ilk olaraq bu qanlı tarixin qurbanları olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra məktəbin direktoru Q.Sultanova çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş “20 Yanvar” hadisələrindən danışdı, şəhid olaraq əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdi. Tədbir şagirdlərin çıxışı ilə davam etdi.
Tədbirdə şagirdlər 20 yanvar faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şerlər və ədəbi-bədii kompozosiyalarla ifadə etdilər. Şagirdlərin təqdimatında ”20 yanvar” faciəsinin qurbanları olmuş İlqar və Larisanın adından monoloq söylənildi, bu faciəni tarixi faktlarla əks etdirən videoçarx nümayiş olundu. Tədbir ”Torpağın səsi” mahnısının ifası ilə sonlandırıldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!