Ilk dərslər "20 Yanvar Ümumxalq Hüzn Günü" nə həsr olundu

Sizi daim hörmət və ehtiramla yad edirik!
Bu gün məktəbdə ilk dərslər “ 20 Yanvar Ümumxalq Hüzn Günü" nə həsr edildi. Bütün siniflərdə ilk olaraq faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra müəllimlər tərəfindən bu qanlı tarix haqqında şagirdlərə ətraflı məlumat verildi. Dərslərin gedişatı zamanı o gecənin dəhşətli hadisələrini özündə əks etdirən tarixi fotoşəkillər və video-çarx da nümayiş olundu.
Məktəbin bir qrup ibtidai sinif şagirdləri ilk dərs zamanı məktəb foyesində məktəbin adını daşıdığı milli qəhrəman N.Babayevin büstünün önünə qərənfil dəstələri düzdülər. Daha sonra şagirdlərin təqdimatında kiçikhəcmli bədii kompozisiyalar nümayiş olundu.