BSQ-lərin keçirilməsinə start verildi

Məktəbdə 2018-2019-cu tədris ili üçün birinci yarımilin Böyük Summativ Qiymətləndirməsinin aparılmasına start verildi. Məktəbin fəaliyyət planının müvafiq bəndlərinə və məktəb direktorunun BSQ-1-nin keçirilməsi barədə imzalanmış əmrinə uyğun olaraq yaradılmış komissiya üzvləri və nəzarətçilər BSQ-nin aparılmasını təmin etdilər .
Qapalı və açıq test suallarından ibarət sual kitabçaları yaradılmış işçi qrup tərəfindən yoxlanıldıqdan sonra şagirdlərə paylandı. Məktəbdə BSQ-nin obyektivliyini və şəffaflığını müşahidə etmək, şagirdlərin rahatlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır.Qeyd edək ki,BSQ-lər qrafik üzrə bu gündən başlayaraq növbəti həftə ərzində də aparılacaq və siniflər üzrə qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən yaradılmış komissiya üzvləri və fənn müəllimləri ilə birgə həyata keçiriliəcəkdir.
Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
Şagirdlərimizə uğurlar arzulayırıq!