Müqəddəs and yerimiz-ŞƏHİDLƏR XİYABANI

   Üçrəngli bayrağı öz qanlarıyla

   Vətən torpağına çəkdi şəhidlər.....(B.Vahabzadə)

   Şəhidlər xiyabanı-Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın uyuduğu müqəddəs məkan...

   Məktəbdə Azərbaycan tarixinə "20 yanvar şəhidləri" kimi həkk olunan,öz qəhrəmanlıqları ilə şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman əziz tutulur. Ölkəsinin azadlığı naminə canlarından keçən Vətən övladlarının əziz xatirəsini yad etmək məqsədilə məktəbin ibtidai sinif müəllimi Z.Əliyeva və Azərbaycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi ilə 5a və 5b sinif şagirdləri müqəddəs and yerimiz olan “Şəhidlər xiyabanı”nı ziyarət etdilər.Şagirdlər Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan, sözün əsl mənasında qəhrəmanlıq səlnaməsi yaradan şəhidlərimizin məzarı önünə qərənfil dəstələri düzərək,ruhları qarşısında baş əydilər.

   Uca Tanrıdan qəhrəman soydaşlarımızın ruhuna rəhmət diləyir, ailələrinə səbr arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi