BSQ-lərin aparılmasına hazırlıq

13 yanvar 2019-cu il tarixində məktəb rəhbərliyinin iştirakı ilə 2019-2020-ci tədris ilinin I yarımili üzrə keçiriləcək BSQ-nin obyektivliyi və şəffaflığını təmin etmək, eləcə də BSQ-lərin aparılmasına dair hazırlıq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə fənn metodbirləşmə rəhbərləri ilə görüş keçirildi.
İclasda komissiya üzvləri və nəzarətçilərdən ibarət işçi qrupunun siyahısı tərtib olundu, BSQ-lərin keçiriıməsinin planlaşdırıldığı tarix müəyyənləşdirildi. Görüşdə həmçinin, mövzuya dair məktəb rəhbərliyinin müvafiq tövsiyələri dinlənildi və digər məsələlər də müzakirə olundu.