STEAM - TinkerCad proqramı

   Xatırladaq ki, 2019-2020-ci tədris ilindən etibarən bir cox ümumitəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də “STEAM layihəsi”nin tətbiqinə başlanılıb.

   Qeyd edək ki, STEAM təhsil metodu şagirdlərə 4 spesifik sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), Riyaziyyatın (Math) və İncəsənətin (Art) birgə inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

   STEAM fənləri şagirdlərə hansı peşə seçmələrindən asılı olmayaraq , onları həyata hazırlayır.Bu fənlər şagirdlərə rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problemin həlli vədişlərini öyrədir.

   Bu gün məktəbin texnologiya müəllimi, həmçinin məktəbdə “STEAM layihəsi”ni tədris edən X.Abışovanın rəhbərliyi ilə VI siniflər arasında “TinkerCad alətlərindən istifadə qaydaları” mövzusunda dərslər keçirildi.Şagirdlər "TinkerCad" proqramından istifadə edərək 3D çapın ən vacib hissəsi çap ediləcək obyektin 3D çap rəqəmsal modelinin hazırlanma üsulları ilə tanış oldular.

   Dərslər faydalı və səmərəli olmaqla yanaşı, şagirdlərin də böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi