Mükafatlandırma tədbiri

    Xatırladaq ki, 30 dekabr 2019-cu il tarixində məktəbdə “ 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Bayatı” yarışması (III sinif şagirdləri arasında) və “Vətənim Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi (IV sinif şagirdləri arasında ) təşkil olunmuşdu. Keçirilən hər iki müsabiqədə başlıca olaraq, vətən sevgisi, dostluq və həmrəylik münasibətlərinin möhkəmliyi tərənnüm olunurdu.

     Bu gün məktəb rəhbərliyinin təşəbbüsü ilə həmin müsabiqələrdə iştirak etmiş şagirdlərlə mükafatlandırma tədbiri keçirildi. Məktəb direktoru Qənirə Sultanova müsabiqə iştirakçıları ilə görüşdü, qalib olan şagirdləri təbrik etdi. Qeyd edək ki, qaliblər, I, II, və III yerlər üzrə diplomla təltif edildilər, digər iştirakçılara isə “Fərqlənmə” diplomu və “Təşəkkürnamə” təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi