“Gəlin tanış olaq!” müsabiqəsinin qalibi olduq

Bildiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərdə tədqiqatçılıq bacarıqlarının inkişafına və artmasına təkan vermək, məktəblilər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə mütəmadi olaraq ümumtəhsil məktəbləri arasında müxtəlif müsabiqələr keçirilir.
Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) təşəbbüsü ilə ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, “Kiçik tədqiqatçılar” və “Gəlin tanış olaq!” müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, “Gəlin tanış olaq!” müsabiqəsi üzrə məktəbimizin IX sinif şagirdi Ömər Abdullayev I yerə layiq görülüb.Qalibə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Bu münasibtlə məktəb kollektivi adından Öməri təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!