GƏLİN HƏMRƏY OLAQ!

   31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü- Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür! Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün birlik və bərabərliyini gеrçəkləşdirəcək zamanın ilk doğuş günüdür.

   Bu gün məktəbin Azərbycan dili və ədəbiyyat müəllimi H.Həsənovanın rəhbərliyi və 5b sinif şagirdlərinin iştirakı ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş "Gəlin həmrəy olaq!" adlı bayram tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan Həcər müəllim tədbirdə  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram edilməsi tarixindən danışdı, bu əlamətdar günün qeyd olunmasında xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyevin tarixi rolundan bəhs etdi. Daha sonra şagirdlər vətənpərvərlik, dostluq, həmrəylik mövzularına həsr olunmuş şerlər söylədilər, mahnılar ifa etdilər.

   Tədbirdə həmçinin, şagirdlərin təqdimatında "Yeni il bayramı"na həsr olunmuş çıxışlar da dinlənildi.  Sinif otağının rəngarəng şarlarla və müxtəlif əl işlərindən ibarət kompozisiyalarla bəzədilməsi tədbirdə əsl bayram abu-havası yaratdı. Bayram tədbiri şagirdlərin bayram rəqsi ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi