Sülh və müharibə

   Ədаlətli cəmiyyət ахtаrışı, insаnlаr üçün əbədi sülh idеyаsı qədim zаmаnlаrdаn bu günə kimi insаn əqlini nаrаhаt еdən, оnu dаim düşünməyə vаdаr еdən ən ümdə prоblеmlərdən biri оlub.”Sülh və müharibə” haqqında həm dünya ədəbiyyatı tarixində, həm də Azərbaycan ədəbiyyatında çoxlu bədii əərlər yazılıb.Yaddaşlarda dərin iz buraxmış bu ədəbi nümunələr oxucunun keçmiş və gələcək, olum və ölüm, sülh və müharibə barədə düşüncələrinə aydınlıq gətirir. Elə bu baxımdan da, bu gün məktəb kitabxanasında “sülh və müharibə” mövzusunda yazılmış bədii əsərlərin oxusu və müzakirəsi keçirildi. Tədbirdə kitabxana müdiri X.Rəsulova Azərbaycan ədəbiyyatında müharibə mövzusuna həsr olunmuş əsərlər haqqında ətraflı məlumat verdi.

   Şagirdlər mövzuya dair Azərbaycan ədəbiyyatı tarixində yazılmış ən yaxşı əsərlərdən biri olan-Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsini müzakirə etdilər. Onlar Qarabağ müharibəsində erməni faşistlərinin vəhşi əməlləri üzündən övladlarını qaçıran anaların obrazları ilə hekayədəki “ana” obrazının oxşarlığını qeyd etdilər. Şagirdlər eyni zamanda sülhə aid müxtəlif şerlər söylədilər.Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Y.Bəkirova şagirdlərin əər ətrafında apardıqları müzakirələrdə iştirak edərək, onlara istiqamət verdi.  

    Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərin bədii ədəbiyyata marağını artırmaq, onların dünyagörüşünü düzün itiqamətdə inkişaf etdirimək və onlarda həyat hadiələrinə düzgün yanaşma tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi