"Valideynin məktəbdə bir günü" layihəsi

       

      Bu gün məktəbimizdə BŞTİ-nin müvafiq əmrinə əsasən “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi. Valideynləri foyedə qarşılayan məktəb direktoru Q.Sultanova layihənin əhəmiyyətini, qeyri formal şəraitdə məktəbin pedaqoji heyəti və texniki personalın qarşılıqlı ünsiyyətinin vacibliyini  qeyd etdi, eyni zamanda I yarımildə görülən işlər və qarşıda duran məsələlər barədə onlara məlumatı verdiGələn qonaqlar məktəbimizin adını daşıyan şəhid Namiq Babayevin  xatirəsinə həsr edilən güşə, kitabxana, sinifdənkənar fəaliyyət güşəsi, şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi, yeməkxana ,idman zalı, informatika otaqları, akt zalı ilə tanış oldular. Onlara təlim-tərbiyə prosesi, məktəbin fəaliyyəti barədə ətraflı məlumat verildi. Qonaqlara həmçinin, layihə ilə bağlı hazırlanmış buklet və proqramlar təqdim olundu, valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün dərs müşahidələri təşkil edildi.

       Layihə çərçivəsində öncədən hazırlanmış proqrama uyğun olaraq növbəti hissədə valideynlər məktəbin 6sinif şagirdlərinin iştirakı ilə keçirilən “Şən startlar” idman oyunlarına tamaşa etdilər. Daha sonra məktəbin akt zalında vaideynlərin iştirakı ilə seminar-müzakirə təşkil olundu. Görüş zamanı valideynləri daha fəal olmağa səsləyən məktəb rəhbəri müəllim - şagird - valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini söylədi. Tədbirdə həmçinin valideynlərin məktəb mühitinə töhfə verə biləcək rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli müzakirə,  fikir mübadiləsi aparıldı.

       Seminardan sonra tədbirin bədii hissəsinə start verildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsmiyyə Aslanovanın rəhbərliyi ilə hazırlanan "31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” nə həsr olunmuş “ Azərbaycan -dünyam mənim!” adlı ədəbi - bədii kompozisiya nümayiş olundu. Azərbaycan himninin səslənməsi ilə başlanan tədbirdə əsasən vətənpərvərlik hisləri tərənnüm olundu.Belə ki, təbbirdə məktəbin XI sinif şagirdləri S.Əlizadənin və V.Süleymanlının təqdimatında M.Arazın “Qalx ayağa, Azərbaycan!” əsəri səsləndi. Müxtəlif sinif şagirdlərindən ibarət xor ifaçılarının təqdimatında dünyaşöhrətli musiqiçi Sami Yusifin repertuarından olan “Nəsimi” kontatasının ifası isə tədbirə ayrı ovqat bəxş etdi.Tədbirdə həmçinin,məktəbin 2c sinif şagirdərinin təqdimatında “Vətən”, “Azərbaycan” mahnıları, VII sinif şagirdi F.Əliyevin ifasında Ulu Öndərə həsr olunmuş "Sən elə bir zirvəsən!”" musiqiləri də ifa olundu. Tədbir 2b sinif şagirdlərinin təqdimatında hazırlanmış “Bayraq” kompozisiyasının nümayişi ilə yekunlaşdı.

     Unutmayaq ki, bir şagirdin uğurlu gələcəyi üçün müəllim-məktəb-valideyn münasibətlərinin vəhdəti  mütləqdir. Məhz bu zəncirvari münasibət bu günkü şagirdin gələcəkdə əsl şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Gəlin, bu vəhdəti qoruyaq və daha da inkişaf etdirək!      

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi