"Kiçik tədqiqatçılar" müsabiqəsi

  Xatırladaq ki, məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilmişdir. Müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  21.11.2019-cu il tarixli F-436 nömrəli əmri ilə təsdiq olunmuş “Kiçik tədqiqatçılar” müsabiqəsinin keçirilməsi barədə əsasnamə”sinə uyğun olaraq təşkil olunmuşdur. 17 dekabr tarixində məktəbin II-IV sinif şagirdlərindən ibarət komanda üzvləri müsabiqənin rayon turunda iştirak edərək, Binəqədi rayonu ümumtəhsil məktəbləri arasında qalib oldular və növbəti-şəhər mərhələsində iştirak hüququ qazandılar. Şagirdlərin ”Mədəni irsimiz” mövzusunda apardıqları tədqiqat işi bir-birindən maraqlı və özünəməxsus araşdırmalardan - divar qəzeti, tablo, plastilin və parçadan hazırlanmış milli geyim nünunələri və s. təşkil olunmuşdur.

   Müsabiqənin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri aşkara çıxrmaq, “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellekt klub və dərnəklərdə təmsil olunmasını təmin etmək,tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək,referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

   Bu münasibətlə şagirdlərimizi təbrik edir, növbəti mərhələdə də uğurlar arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi