Sinif rəhbərləri ilə görüş

  16.12.2019-cu il tarixində məkəb rəhbərliyinin sinif rəhbərləri ilə görüşü keçirildi. İclasın əsas mövzusu ”Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsinə hazırlıq işlərinin vəziyyəti barədə idi.

  İclası giriş sözü ilə açan məktəb direktoru Q.Sultanova layihənin əhəmiyyəti və mahiyyətindən irəli gələn məsələlər haqqında danışdı, layihənin icrasının təmin olunmasını bir məqsəd kimi qeyd etdi. Tapşırıldı ki, gələn qonaqlara məktəbimizin adını daşıyan şəhid Namiq Babayevin  xatirəsinə həsr edilən güşə, kitabxana, sinifdənkənar fəaliyyət güşəsi, şagirdlərin müxtəlif mövzulara aid hazırladıqları rəsm və əl işlərindən ibarət sərgi, yeməkxana ,idman zalı, informatika otaqları, akt zalı ilə tanış olmaqlarına şərait yaradılsın. Qonaqlara həmçinin, layihə ilə bağlı hazırlanacaq buklet və proqramlar təqdim olunsun, valideynlərin iştirakı ilə tədris prossesini izləmək üçün IV saat bütün siniflərdə  dərs dinləmələr təşkil edilsin.

    "Valideynin məktəbdə bir günü” adlı layihənin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmrinin icrasından irəli gələn məsələlərin təmin olunmasına nəzarət tərbiyə işləri üzrə direktor müavini K.Mirzəliyevaya həvalə edildi və əlavə tapşırıqlar verildi; geyim forması, açıq dərslərin müasirliyi, növbətçilik, açıqcanın və proqramın hazırlanması və s.

    Görüşdə bəzi cari məsələlər də müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi