C.Məmmədquluzadənin "Poçt qutusu" əsərinin oxusu

    Cəlil Məmmədquluzadə-azərbaycanlı yazıçı, jurnalist, ictimai xadim, böyük satirik, məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, qüdrətli dramaturq və publisist.

    C.Məmmədquluzadə əsərləri Azərbaycan ədəbiyyatı tarixində yeni bir dönüşün əsasını qoymuşdur.

    Əsərlərində dövrünün eybəcərliklərini ustalıqla qələmə almış, azərbaycanlıların elmdən, təhsildən uzaq düşmələrindən, varlı təbəqələrlə kasıblar arasındakı bərabərsizlikdən, çar məmurlarının özbaşınalığından acı təəssüf hissi ilə söhbət açan ədib Azərbaycan ədəbiyyatı tarixinə “Ölülər” kimi əsərlər bəxş etmişdir.

    Bildiyimiz kimi, bu il Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunur. Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Ş.Abasovanın təşkilatçılığı ilə 5c sinfində ədibin məşhur əsərlərindən olan “Poçt qutu”su hekayəsinin müzakirəsi keçirildi. Nadanlıq və məşəqqət içində yaşayan həmvətənlərini cəhalət yuxusundan oyatmaq baxımından  yazıçının  «Poçt qutusu» hekayəsi çox xarakterikdir. Oxu müzakirəsində əsərin qəhrəmanı, ötən əsrin əvvəllərindəki Azərbaycan kəndlilərinin ümumiləşdirilmiş obrazı olan Novruzəli obrazı səciyyələndirildi və təhlil olundu. Müzakirə zamanı şagirdlər Novruzəlinin faciəsi ayrılıqda götürülmüş tək bir fərdin faciəsi deyil, cəhalət içində boğulan cəmiyyət üçün xarakterik olduğunu, Novruzəliləri faciələrdən qurtarmaq üçün ilk növbədə cəmiyyəti sağaltmağın gərəkli olduğunu xüsusi vuğuladılar. Sonda əsərin motivləri əsasında çəkilmiş film də nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi