IX siniflər üzrə növbəti diaqnostik imtahan keçirildi

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdlərinin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbdə Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil fənləri üzrə növbəti diaqnostik imtahan təşkil olundu.
Qeyd edək ki, rəhbərlik tərəfindən diaqnostik imtahanın keçirilmə tələblərinin yerinə yetirilməsi üçün məktəbdaxili komissiya təşkil olunmuşdur.İmtahan saat 10:00-da sinif nəzarətçilərinin iştirakı ilə başladı.Xatırladaq ki,imtahan diaqnostik qiymətləndirilmənin keçirilməsinə dair BŞTİ-nin müvafiq Təlimatına uyğun və şəffav formada keçirildi. İmtahanda şagirdlərin iştirakı tam təmin olundu. Qeyd edək ki, qiymətləndirmə zamanı şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının II mərhələsinə uyğun suallar təqdim edilib. Qiymətləndirmə başa çatdıqdan sonra cavab kartları sayılıb səliqə ilə yığılaraq paketləndi və kurator məktəbinə təhvil verildi.