Əbədiyaşar lider-Heydər Əliyevin xatirəsi yad edildi

Heydər Əliyev-Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,milli lider və xalq məhəbbətini qazanan Öndər...
Bu gün H.Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə məktəbdə silsilə tədbirlər- “Dəyirmi masa”, sinif təşkilat saaatı keçirildi, fotostend nümayiş olundu.
Belə ki, bu gün məktəb kitabxanasında dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş "Dahi şəxsiyyət-unudulmaz rəhbər” adlı “Dəyirmi masa” təşkil olundu. Görüş kitabxanaçı X.Rəsulovanın və ingilis dili müəllimi V.Səlimovanın rəhbərliyi ilə VIII sinif şagirdləri arasında keçirildi. Tədbirdə Ulu öndərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutdan sonra məktəbin tarix müəllimi M.Əsgərova çıxış etdi. Mədinə müəllim çıxışında dahi şəxsiyyət-Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən danışdı, onun ölkəmizin siyasi,ictimai,iqtisadi və mədəni həyatındakı müstəsna rolundan bəhs etdi. Tədbir zamanı şagirdlər əbədiyaşar lider, tarixi fenomen H.Əliyev haqqında hazırladıqları təqdimatları təqdim etdilər, öndərin yolunu davam etdirməyi, ondan hər zaman örnək götürəcəklərinə söz verdilər.Görüşdə eyni zamanda Heydər Əliyevin türk dünyası və dünya arenasındakı siyasi nüfuzu barədə də çıxışlar dinlənildi. Tədbir Ümummilli liderə həsr olunmuş “Heydər xalqım deyəcək!” adlı möhtəşəm musiqi əsərinin sədaları altında yekunlaşdı.
Bu gün məktəbdə həmçinin, ibtidai sinif müəllimi Ş.Novruzovanın təşkilatçılığı ilə bugünkü tarixə həsr olunmuş sinif təşkilat saatı da keçirildi.Məktəbin 2c sinif şagirdlərinin iştirakı ilə keçirilən sinif təşkilat saatında Şövkət müəlllim şagirdlərə ümumilli liderin həyat yolu haqqında geniş məlumat verdi. Daha sonra şagirdlərin təqdimatında dahi şəxsiyyətə həsr olunmuş şerlər səsləndirildi, mövzuya dair videoçarx izlənildi. Tədbirin sonunda şagirdlər məktəb foyesində H.Əliyevin xatirəsinə həsr olunmuş stendin önünə qərənfil dəstələri düzdülər.
Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi...