"Qan xəstəlikləri" mövzusunda söhbət

 

  Məktəbdə şagirdlərin sağlam həyat tərzinə uyğun yaşamaq, xəstəliklərindən qorunmaq və xəstəliklərə yoluxmamaq üçün daha məlumatlı olmaq məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər, tədbirlər və seminarlar təşkil olunur.Elə bu baxımdan bu gün  məktəbin biologiya müəllimi B.Bağırovanın rəhbərliyi ilə 9c sinif şagirdləri arasında "Qan xəstəlikləri" mövzusunda təqdimat keçirildi.Tədbir zamanı şagirdlər qan xəstəliklərinin növləri-animeya,talassemiya,hemofiliya,hepatit,leykoz,animiya və s. haqqında hazırladıqları araşdırmalarını təqdim etdilər.Təqdimatlarda bu xəstəliklərdən qorunma üsulları,xəstəliyin yaranma səbəbləri qeyd edilmiş,müalicə metodları haqqında ətraflı məlumatlar əhatə olunmuşdur. Tədbir  mövzu ətrafında hazırlanmış video-çarxın nümayişi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi