"Olimpiya hərəkatı" layihəsi

    Xatırladaq ki, məktəblilər arasında olimpiya hərakatını təşviq etmək, fiziki tərbiyə fənninin tədrisini gücləndirmək məqsədilə Milli Olimpiya Komitəsi tərəfindən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyi yarışlarına start verilmişdir. Onu da qeyd edək ki, yarışlar 3 idman növü -velobol, həndbol və badminton üzrə keçirilir. Bizim məktəb də məktəb komandalarının yarışlarda iştirakını təmin etmək məqsədilə (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına və “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin keçirilmə qaydaları barədə Əsasnaməsinə müvafiq olaraq) eyniadlı proqram çərçivəsində Binəqədi rayon ümumtəhsil məktəbləri arasında keçirilən yarışlara (Həndbol idman növü üzrə ) ev sahibliyi etdi. Yarış iştirakçısı olan şagirdlərimiz  “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Həndbol idman növündə Binəqədi rayonu üzrə keçirilən yarışlarda ikinci yeri tutduğuna görə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi nin nümayəndələri tərəfindən diplomla təltif olundular.

         Bu münasibətlə şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq!

         

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi