Beşyaşlılar məşğələ prosesində

Məktəbəqədər təhsil uşaq həyatının ən önəmli dövrlərindən biridir. Çünki məhz bu mərhələdə uşağın şəxsiyyət kimi formalaşmasının təməli qoyulur. Bu mərhələni keçən uşaq kollektivə daha tez alışır, ətraf mühiti daha asan dərk edir.
Bu gün məktəb rəhbərliyi tərəfindən beşyaşlıların məşğələ prosesi izlənildi. Məşğələlərin uşaqlar tərəfindən maraqla qarşılandığı, beşyaşlıların keçirilən mövzuları daha rahat və anlaşılan şəkildə qavramaqları nəzərə çarpdı. Əyləncəli şəkildə müəyyən biliklər alan şagirdlərdə müəyyən dərəcədə artıq başadüşmə, dinləmə, sadə riyazi təsəvvür, məntiqi təfəkkür, nitqin inkişafı, kiçik və böyük motorika xüsusiyyətlərinin inkişaf etdiyi müşayiət olundu.
Məktəb rəhbəri məktəbəqədərhazırlıq qruplarını tədris edən müəllimlərə öz məsləhət və tövsiyələrini verməklə yanaşı, məktəbdə yaxşı təşkil olunan məktəbəqədər təhsilin, həmçinin, uşaqların gələcəkdə sosial davranışına, imtahanlarda yüksək qiymətlər almasına, əlavə müəllimlə hazırlığa daha az müraciət edilməsinə və digər müsbət nəticələrə gətirib çıxaracağını da qeyd etdi.