Milli Musiqi Günü münasibətilə tədbir keçirildi

   18 sentyabr - Azərbaycan musiqisinin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həm də bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Çünki, milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Bəli, Ulu öndərimiz Azərbaycan incəsənətinə dərindən bələd idi və incəsənətin inkişafında xidmətləri olanları xüsusi mükafatlandırırdı. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını isə Maestro Niyazi qoymuşdur. 
   Bu gün Milli Musiqi Günü münasibətilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 3d sinfində musiqi dərsində Üzeyir Hacıbəyovun xatirəsi anıldı, onun həyat və yaradıcılığına həsr olunmuş filmə baxıldı, əsərlərindən parçalar səsləndirildi. İbtidai sinif müəllimi Məhəbbət Hüseynova Azərbaycan musiqisində Üzeyir Hacıbəyovun dahi idealarını, dahi əsərlərini dönə-dönə şagirdlərin nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi