10-11-ci sinif şagirdləri bu gün Bakı Gənclər Mərkəzində oldular

   Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri bu gün Bakı Gənclər Mərkəzində olmuşlar. Onlar Bakı Gənclər Mərkəzinin 3 mərtəbəli binasının qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Daha sonra ümumi sahəsi 5800 kv.m olan binanın müasir interyeri ilə tanış olmuşlar. Şagirdlər mərkəzdə Heydər Əliyev muzeyində Ulu öndərin zəngin və çoxşahəli irsinə həsr olunmuş zəngin materiallarla tanış olmuşlar. Daha sonra mərkəzdə virtual atıcılıq otağı, foto və poliqrafiya studiyaları, fortepiano və rəqs zalları, kiçik konqres zalı, Gənclər kofesi, virtual siniflər, kompüter və xarici dil kursları ilə, linqafon, rəsm, intellektual oyun, şahmat otaqları, elektron kitabxana ilə də tanış olmuşlar. Şagirdlər 300 yerlik konfrans zalında da oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi