Məktəbdə 20 Yanvar fəciəsinə həsr olunmuş tədbir keçirildi

Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Azərbaycanın müstəqilliyinə gedən yol 20 Yanvar faciəsindən keçib. Xalqın milli azadlıq mübarizəsində fəal iştirak edənlər bu tədbirdə anıldı və rus imperiyasının Azərbaycanda törətdiyi vəhşiliklər pislənildi. Şagirdlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyib mahnılar oxudular.