29 oktyabr Zəngilanın işğalı günüdür

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 10a və 10b siniflərində təşkilat saatları Zəngilanın işğalına həsr edildi. Tədbiri açan Zəngilandan köçkün düşmüş məktəbin hərbi rəhbəri Mahir Qocayev Azərbaycanın gözəl bölgələrindən biri olan Zəngilanın mənfur qonşularımız tərəfindən işğal edilməsindən 25 il keçməsini ürək ağrısı ilə qeyd etdi. Şagirdlər 2017-ci ildə Zəngilanın bu günki gününü əks etdirən mənzərələr fonunda kompazisiyaya həyəcanla baxdılar. 10-cuların verdikləri sualları hərbi rəhbər cavablandıraraq qeyd etdi ki, torpaqlarımız bütünlükdə Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə tezliklə alınacaq və sizlər həmin gözəl təbiətə malik yurda səyahət edəcəksiniz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi