9 və 11-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

    Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə təhsil alan 9 və 11-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə sinif rəhbərləri, Azərbaycan dili və ədəbiyyat müəllimləri, riyaziyyat, ingilis dili müəllimləri, 9 və 11-ci sinifdə təhsil alan şagirdlər iştirak edirdilər. Məktəbin direktoru Gülnaz Abdullayeva çıxış edərək Dövlət İmtahan Mərkəzi tərəfindən 9 və 11-ci sinfin buraxılış imtahanlarının keçirilməsində tətbiq olunacaq yeniliklər haqqında valideynləri məlumatlandırdı.

    Məktəbin direktoru valideynlərlə görüş zamanı şagirdlərin dərsə davamiyyəti, nizam-intizamı, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində və tam orta təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi imtahanlarında olan yeniliklərdən danışdı və valideynlər bu istiqamətdə maarifləndirildi. Valideynlərə məlumat verildi ki, ümumi təhsil pilləsində şagirdlər 2 mərhələdə imtahan verəcəklər. İmtahanlar ana dili, riyaziyyat və xarici dildən olacaq. Hər imtahanda maksimal bal 30 baldır. 2-ci mərhələdə isə maksimal balın miqdarı 70-ə çatdırılacaq. Beləliklə, ümumi təhsil pilləsində 3 fənn üzrə 9-cu sinif şagirdləri 300 bal toplamalıdırlar. Həmin imtahan modeli, tapşırıqların sayı ekranda nümayiş etdirildi. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı. Həmçinin bu günki yığıncaqda valideynlərin nəzərinə çatdırıldı ki, ingilis dili fənni üzrə mətnlərin dinlənilməsi və ona uyğun tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi