20 noyabr - faciə qurbanlarının xatirəsi anıldı

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vuruldu. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və başqaları var idi. Ümumilikdə erməni vəhşiliyi nəticəsində qəza zamanı 22 nəfər həlak olmuşdur.

 

Bu gün Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin şagirdləri Fəxri Xiyabanda 20 noyabr faciəsinin qurbanlarının məzarını ziyarət etmiş, faciə qurbanlarının məzarı üstünə çiçək dəstələri düzmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi