Bilik Günü

  Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etməşərəfli iş hesab olunub. Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazımbəy, Yusif Məmmədəliyev kim yüzlərlə nəhəng alim və filosoflar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər. Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilib.  Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbir məktəb kollektivinin Bilik gününə həsr etdikləri bədii-musiqili proqramlarla davam etdirilmişdir. XI sinif şagirdi Nigar I sinif şagirdi Şakirə “Bilik açarı”nı təqdim etdi. Birincilər tərəfindən şeir və səhnəciklər təqdim olundu. Yekunda I ci sinif şagirdi Nigarın vurduğu İlk zəngin sədaları altında tədbir bağlı elan olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi