Şəhidlər xiyabanı and yerimizdir

 Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar.  Canlarını Vətən uğrunda fəda edən şəhidlər xalqın yekdil istəyi ilə paytaxtımızın ən uca və ən gözəl yerində - Dağüstü Parkda torpağa tapşırıldılar. Bu, xalqın igid övladlarına dərin ehtiramının, böyük sevgisinin ifadəsi idi. Əməlləri şərəf, ləyaqət, vətənpərvərlik, ucalıq nümunəsi olan şəhidlər elə uca zirvədə də əbədi qərar tutdular. Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Burada unudulmaz şəhidlərin xatirəsinə əbədi məşəl kompleksi yaradılıb. Hər gün çoxlu sayda insan, məktəblilər, tələbələr, Bakıya təşrif gətirən qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər.

Hər il yanvarın 20-də Şəhidlər xiyabanında xüsusi anım tədbiri keçirilir. Həmin gün Vətənin igid övladlarınm xatirəsini yad etməyə gələn insan axınının ucu-bucağı görünmür, məzarlar, xiyabana gedən yollar qırmızı qərənfil yağışına qərq olur. Şəhidlərin məzarını ziyarət edən insanlan birləşdirir, onların fikrini, düşüncəsini bir-birinə daha yaxın edir. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi