Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 13-16 noyabr 2019-cu il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edirlər.
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Qeyd edək ki,məktəbimizin də iki şagirdi: Sənan Abbasov, Hüseyn Səfərov seçilmiş məktəblilər arasında idi.Hər iki şagird 10-cu sinifdə təhsil alır.Onlar müsbət şəxsi keyfiyyətləri və bacarıqlanına görə seçilib bu tur-0aksiyaya göndəriliblər.