“Bayrağımız baş tacımız” adlı tədbir keçirildi

9 Noyabr Milli Bayraq Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Nazilə İsmayılovanın rəhbərlik etdiyi 4”A” sinfi “Bayrağımız baş tacımız” adlı tədbir hazırladı.

Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı.Himndən sonra “Azərbaycan bayrağı” şeirinə məktəbin musiqi müəllimi Zeynalova Xanımın bəstələdiyi mahnını məktəbin xoru ifa etdi.Əvvəlcə Azərbaycanımızın azadlığı və müstəqilliyi, bayrağımızın əzəmətli dalğalanması uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir qəqiqəlik sükutla yad edildi.Bayrağımızdan bəhs edən teleçarx nümayiş olundu.

Sonra sinfin şagirdlərindən ibarət “əsgərlər” Azərbaycan mahnısını ifa etdilər.Şagirdlər bundan sonra vətənə,bayrağa aid şeirlər söylədilər, eradan əvvəldən bu günədək Azərbaycanda yaranmış olan dövlətlərdən və onların bayraqlarından maraqlı çıxışlar edərək həmin bayraqları nümayiş etdirdilər.

Bundan sonra xorun ifasında “Bayrağıma baxanda” mahnısı ifa olundu. Sözü gedən sinfin şagirdi Fatimə Nəsibova “Ağ çiçəyim” mahnısının sədaları altında  rəqs nümayiş etdirdi. Qızlar “Qaval” rəqsini oynadılar, oğlanlar isə”Əsgər marşı” nı ifa etdilər.

Şagirdlər Milli Bayraq Günündə bayrağımızı təhqir etdiyi üçün ermənini qətlə yetirən Ramil Səfərovdan da söhbət açdılar.

Sonda məktəbin direktor əvəzi Nailə Muradova 9 Noyabr Milli Bayraq Gününün önəmindən danışaraq bütün Azərbaycan xalqını 9 Noyabr Milli Bayraq Günü münasibətilə təbrik etdi,tədbir hazırladıqları üçün əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi