Milli Müstəqillik Günü qeyd olundu

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə zməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.

İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın Dövlət Müstəqilliyi haqnda Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həstində olduğu azadlığına qovuşdu.

18 Oktaybr Azərbaycanın hər bir yerində  Müstəqillik Günü kimi  qeyd olunur.Bu münasibətlə məktəbin ibtidai sinif müəllimi Ülviyyə Sofiyeva rəhbərlik etdiyi 3”Ç” sinfi ilə öz dərsini Müstəqillik Gününə həsr etdi.Dərs çox maraqlı qurulmuşdu.Belə ki, şagirdlər bayrağımızın rənglərini özündə əks etdirən geyimlər geyinmişdilər.

Şagirdlər dərs prosesində müxtəlif suallara cavab verməklə bu günün əhəmiyyətindən, tarixindən danışdılar,şeirlər söylədilər, mahnılar səsləndirdilər.Daha sonra şagirdlər məktəbin həyətində kompozisiya nümayiş etdirdilər və xatirə şəkilləri çəkdirdilər.

Onu da qeyd edək ki, məktəb rəhbərliyi də dərsdə əyləşmişdi.Sonda direktoru əvəz edən təlim-tərbiyə işləri üzrə direktor müavini Muradova Nailə Aqil qızı da Müstəqillik Gününün əhəmiyyətindən söz açdı, dərsin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi