On birinci sinif məzunlarına attestatlar təqdim olundu
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə müvafiq olaraq iyulun 4-də Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 2018-2019-cu tədris ilinin 11-ci sinif məzunlarına təntənəli surətdə tam orta təhsil haqqında attestatlar təqdim edildi.
Təqdimatda məktəb rəhbərliyi,fənn müəllimləri,valideynlər iştirak etdi. Məktəbin direktoru Hürzad Verdizadə məzunlara gələcək həyat yollarında uğurlar dilədi.