“Dünyamız nağıldır” adlı tədbir keçirildi

Məktəbin ibtidai sinif müəllimi Günay Rüstəmovanın rəhbərlik etdiyi 1 “Ç” sinfi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dünyamız nağıldır” adlı tədbir keçirtdi. İlk öncə günün tarixindən,  ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan danışıldı. “Dəcəl uşaq” və “Dövlətli ilə kasıb” tamaşası səhnələşdirildi.

Daha sonra şagirdlər gələcəkdə hansı peşənin sahibi olmaq istədiklərini arzular şəklində təqdim etdilər.Tədbir “Qoy həmişə günəş olsun” mahnısı ilə yekunlaşdı.

Məktəbin direktoru Hürzad Verdizadə uşaqları təbrik etdi, arzularını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi