“Yaşa-yaşa, Azərbaycan!” adlı bayram tədbiri keçirildi
Bu gün məktəbin fizika müəllimi Svetlana Hüseynovanın rəhbərlik etdiyi 6”Ç”sinfi Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyi münasibətilə“Yaşa-yaşa, Azərbaycan!” adlı bayram tədbiri keçirtdi.
Tədbir Azərbaycanın Dövlət Himni ilə açıldı.Sonra ADR-in yaranma tarixindən bəhs edən teleçarx izlənildi.Şagirdlərdən ibarət xor “Azərbaycan” adlı mahnı ifa etdi.Vətənə aid şeirlər səslənildi, mahnılar oxundu, rəqs nümayiş etdirildi. Sinfin fəal şagirdlərindən olan Səbinə pianoda Şopendən bir parça ifa etdi. Sonra işğal olunmuş rayon və şəhərlərimizdən, kəndlərimizdən bəhs edən çıxışlar səsləndi.Çıxışlar“Qarabağ bülbülləri”nin mahnısın sədaları altında verildi.
Tədbirdə Svetlana müəllimənin sinfi ilə bərabər H.Əliyev adına muzeyə etdikləri ekskursiyada çəkilmiş fotoşəkillərdən ibarət teleçarx da nümayiş olundu. Tədbir “Yallı” sədaları altında sona yetdi.
Sonda məktəbin direktoru Hürzad Verdizadə tədbirin önəmi haqqında çıxış edərək söylədi ki, azadlığı qazanmaq çətindir, amma onu saxlamq ondan da çətindir.Ümumilli liderimiz, ulu öndərimiz Heydər Əliyev böyük səylə müasir Azərbaycanımızı yaratdı.Ölkəmiz durmadan inkşaf edir. Gəlin hamımız ulu öndərimizin layiqli davamçısı, cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək əldə etdiyimiz müstəqilliyi qoruyaq, işğal olunmuş torpaqlarımızı geri alaq.