“Ürəklərdə yaşayan ömür” adlı tədbir keçirildi

10 may ümummilli liderimiz, ulu öndər  Heydər Əliyevin doğum günüdür.Bu münasibətlə məktəbin informatika müəllimi Səadət Mirzəyevanın rəhbərlik etdiyi 5”A” sinfi “Ürəklərdə  yaşayan ömür” adlı  bayram tədbiri  keçirtdi.

Tədbir  Azərbaycan Dövlət Himni ilə açıldı.Sonra ümummilli liderin həyatından bəhs edən teleçarx  nümayiş olundu. Şagirdlər  Heydər Əliyevə həsr olunmuş məlumatlar səsləndirdilər, şeirlər söylədilər, mahnılar oxudular,rəqslər nümayiş etdirdilər. Onu da qeyd edək  ki, ifa olunan “Ulu sərkərdə” adlı mahnı məktəbimizin musiqi müəllimi Xanım Zeynalovaya məxsusdur.

Tədbirdə həmçinin 5”A” sinfinin ulu öndərimizin məzarını  ziyarət etdikləri zaman çəkdirdikləri  fotoşəkillərdən ibarət videoçarx nümayiş olundu.Tədbir “Azərbaycan” mahnısı ilə sonlandı.

Sonda məktəbin direktoru Hürzad Verdizadə bu dahi şəxsiyyətin  müasir  Azərbaycanımızın qurucusu  olduğunu söylədi,onun bizlərə ərmağan etdiyi  azad Azərbaycanımızın dəyərini bilməyi şagirdlərə  tövsiyə etdi. Söylədi ki, hamılıqla  ulu öndərimiz  Heydər  Əliyevin  layiqli  davamçısı İlham  Əliyevin  ətrafında  sıx birləşərək azad, müasir Azərbaycanımızı qoruya, işğal  altında  olan  torpaqlarımızı  azad edə bilərik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi