“Oxuyuruq, öyrənirik adlı tədbir keçirildi

Bu gün məktəbin ibtidai sinif müəllimi Ülviyyə Sofiyevanın rəhbərlik etdiyi 2”Ç” sinfi Beynəlxalq Oxu Günü  münasibətilə “Oxuyuruq, öyrənirik” adlı tədbir keçirdi.

Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. Himndən sonra uşaqlar mütaliənin insan həyatındakı mühüm rolundan söhbət  açdılar.Sonra uşaqlar B.Vahabzadənin  sözlərinə məktəbin musiqi müəllimi Xanım Zeynalovanın bəstələdiyi “Kitab”mahnısını, eləcə də “Göyərçin”  və  vətənə aid  mahnılar ifa etdilər, Azərbaycan xalq nağılı olan“Cırtdan”, “Yeddi nar çubuğu” və “Turpun nağılı”nı səhnələşdirdilər.Azərbaycan xalq nağılı ilə bərabər, rus xalq nağıllarından ibarət səhnəcik  də göstərdilər. Eyni zamanda  S.S.Axundovun “Qaraca qız” hekayəsindən səhnəcik nümayiş etdirdilər.Sonra qızlardan ibarət rəqs qrupu“Nəlbəki” rəqsini təqdim etdi.

Daha sonra  uşaqların müəllimləri Ülviyyə xanımla F.Köcərli adına Respublika Uşaq Kitabxanasına və Bakı Kitab Mərkəzinə etdikləri ekskursiya zamanı çəkdirdikləri fotoşəkillərdən ibarət videoçarx nümayiş etdirildi.

Sonda məktəbin direktoru Hürzad Verdizadə uşaqları hazırladıqları maraqlı  tədbirə görə təbrik etdi, kitabların  insan həyatına  böyük təsirindən söhbət açdı, uşaqlara daima kitab oxumağı tövsiyə etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi