“Oxu günü” təşkil olundu
Aprelin 21-də Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olundu.
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri” nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, Təhsil Nazirinin müavini Firudin Qurbanov, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirdilər.
Məktəbin fizika və ədəbiyyat müəllimi Svetlana Hüseynova və Elnurə Mamedova 6”Ç” sinif şagirdləri ilə bərabər o tədbirdə iştirak etdilər.Hətta Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyə də baxış keçirtdilər.