Ömrün payızı adlı görüş
Bakı şəhəri Nəsimi rayonu 14№-li tam orta məktəbdə 21 fevral 2015-ci il tarixində keçirilən kətəbin müəllimi olmuş şair, yazıçı Şövkət Zərin Horovlunun yaradıcılığına həsr olunmuş “Ömrümün payızı” adlı görüş haqqında. Aparıcı məclisin qonaqlarını və tədbir səbəbkarı olan Şövkət xanımı salamladıqdan sonra bildirir ki,bu görüş Şövkət xanımın yaradıcılığına həsr olunmuş ikinci tədbirdir. Bu isə vaxtılə məktəbimizin müəllimi olmuş indi isə təqaüdə çıxan bir insandan olan məhəbbətdən və eyni zamanda ədəbiyyata, sənətə olan maraqdan irəli gəlir. Sonra ev sahibi olaraq məktəbin direktoru Hürzad xanım hamıya xoş gəldin edir. Aparıcı Elnurə müəllimə Şövkət xanımın yaradıcılığına Vətən mövzusunun ön planda olduğunu vurğulayaraq səhnəyə Nazilə müəllimənin rəhbərlik etdiyi 3-cü sinif şagirdlərini dəvət edir. Uşaqlar Qarabağ mövzusunda şeirlər səsləndirir. Daha sonra məktəbin musiqi müəllimi Xanım müəllimənin Şövkət xanımın “Xocalı harayı” şeirinə həsr etdiyi eyni adlı mahnını 6b sinfinin ifasında səsləndirilir. Xordan sonra 8-ci sinif şagirdi Məhəmmədli Xeyri tarda bir musiqi ifa edir. Növbəti ifa 4d sinif şagirdi Neymətdən gəlir. O, şən bir mahnı oxuyur. Aparıcı çıxışına davam edərək İkinci Dünya müharibəsinin qoyduğu dərin izdən danışaraq Şövkət xanımında bu mövzudan yan keçmədiyini, Əhməd Cəmilin “Can nənə bir nağıl de” şerinə cavab olaraq “Qalsın atam gələnə” şerini yazdığını söyləyir. 3-cü sinif şagirdləri bu şeirə hazırlanmış səhnəcik nümayiş etdirirlər. Aparıcı Elnurə müəllimə Şövkət xanımın nəsr sahəsində də uğurla qələmə aldığı romanlardan, ermənilərin xalqımızın başına gətirdikləri zülmdən bəhs edən “Arazdan gələn səs”, “Köynək” və igod Əfqan xalqının mübarizələrlə dolu həyatına həsr edilən “Açılmamış zərf” povestindən söz açır.