Referat müsabiqəsində məktəbimizin uğuru

Aprel ayının 10-da  Nəsimi rayonu 8 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin  yekun mərhələsi keçirildi.

 Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov, ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov,  Nəsimi rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon məktəb direktorları, tarix müəllimləri və şagirdlər iştirak edib.

Qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları sərgi – təqdimat ilə yaxından tanış oldular.

Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 70-dən çox elmi işdən seçilmiş 10 ən yaxşı  referat - məktəblilərin hazırladığı təqdimatlar təqdim edildi.

Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, müsabiqənin keçirilməsində yaxından iştirak edən tarix müəllimlərinə  “Fəxri Fərman”lar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə “Təşəkkürnamə”lər  təqdim olundu.

Məktəbimizin 10 “A” sinif şagirdi Fidan Qiyaslıya da “Təşəkkürnamə” və tarix müəlimi Ləman Abbasovaya “Fəxri Fərman” verildi.Onu da qeyd edək ki, Fidan Qiyaslı ən yaxşı beş  iştirakçıdan biri olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi