Bakının tarixinə səyahət
Məktəbimizdə coğrafiya fənninə aid “Dəyirmi masa” təşkil olundu. Məqsəd Bakının tarixini dərinən öyrənmək, tikilmiş qədim və yeni memarlıq nümunələri ilə yaxından tanış olmaq idi. Belə ki, coğrafiya müəllimləri:Elmira İsayeva, Gültəkin Əliyeva və Gülnarə Məmmədrzayeva 9”B”, 6”A”, 8”Ç” sinif şagirdləri ilə adı çəkilən mövzu haqqında maraqlı söhbət apardılar. Şagirdlər müxtəlif slaydlar, videoçarxlar, stendlər və Bakıya həsr olunmuş mahnı nümayiş etdirməklə “Dəyirmi masa” ya özünəməxsus rəng qatdılar.