Kitabxanaya ekskursiya təşkil edildi
Nəsimi rayonu 14№li tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Sofiyeva rəhbərlik etdiyi 2”Ç” sinfini F. Köçərli adına Respublika Uşaq kitabxanasına ekskursiyaya aparmışdır. Ekskursiyanın məqsədi uşaqların kitablara olan marağını artırmaq, onların mütaliə bacarıqlarını gücləndirmək idi.
Ekskursiya zamanı uşaqlar kitabxana ilə, kitablardan istifadə qaydaları ilə yaxından tanış oldular. Kitabxana işçiləri ilk öncə kitabxanaya üzv olmaq və kitabxananın kitab ehtiyatı haqqında şagirdlərə məlumat verdilər. Sonra kitabxananın nağıl zalında filmə baxan uşaqlar oxuduqları nağılların müzakirəsini apardılar. Oxu zalında isə kitabxanada olan rəngarəng kitablarla tanış oldular və mütaliə etdilər.