Soyqırımdan 101 il ötür
Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 101 il ötür.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər.Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Məktəbimizdə də tarix müəllimləri Ləman Abbasova və Pəri Hüseynovanın rəhbərliyi ilə 9”C” və 6”B” siniflərində 1918-ci il31 Mart soyqırımınına həsr olunan dərs və “Dəyirmi masa” keçirildi.Hər iki sinfin şagirdləri bu günün tarixindən, Azərbaycan xalqının başına gətirilən faciələrdən dərin hüznlə söhbət açdılar, deyilən fikirlərə öz münasibətlərini bildirdilər və krossvord həll etdilər.
Soyqırımın dəhşətlərini əks etdirən müxtəlif slaydlar və teleçarxlar nümayiş etdirdilər.