Xocalı faciəsinin anım günü

26 Fevral 2015-ci il tarixdə Nəsimi rayonu 14 №-li tam orta məktəbdə “Xocalı faciəsini unutmayaq” adlı ədəbi – bədii tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və valideynlər, həmçinin 120 şagird iştirak etdi. Tədbir maarifləndirici məqsəd daşıyırdı. Məktəbin ana dili və ədəbiyyat müəllimi Mamedova Elnurənin “Xocalı faciəsi Azərbaycan ədəbiyyatında” mövzusunda çıxışı dinlənildi. “Xocalı soyqırımı”na həsr olunmuş ədəbi – bədii kompazisiya, şeirlər, bayatılar dinlənildi. VI sinif şagirdi Rəvanın ifasında “Sarı gəlin” xalq mahnısı ifa edildi. Məktəb xorunun ifasında “Xocalı harayı”, “Cənab leytenant” və “Heytaı” mahnıları oxundu. Yekun sözünü məktəbin direktoru H.N.Verdizadə söylədi. O, yaşından asılı olmayaraq, hər bir vətəndaşın xalq qarşısında borclu olduğunu söylədi. Ölkə başçısı cənab İ.Əliyevin səyi nəticəsində artıq 2012-ci ildən dünya dövlətlərinin “Xocalı soyqırımı”nı tanımasından, H.Əliyev fondunun vitse - prezidenti Leyla Əliyevanın səyi nəticəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində artıq Xocalı hadisələrinin Avropanın bir sıra ölkələrində anılmasından söhbət açdı. Şagirdlərə üzünü tutaraq: “Sizin isə müqəddəs borcunuz yaxşı oxumaq, ölkəmizin tarixini dərindən öyrənmək və bütün tarixi həqiqətləri gələcək nəsillərə olduğu kimi çatdırmaqdır”,-dedi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi